
Ukrayna prezidenti Vladimir Zelenskinin Parisə səfəri zamanı Ukrayna və Fransa arasında “təhlükəsizlik zəmanəti” haqqında saziş imzalanacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Associated Press” Yelisey sarayına istinadən məlumat yayıb.
Müqavilənin konkret təfərrüatları açıqlanmayıb.
Yelisey Sarayı xatırladıb ki, bu, 2023-cü ilin fevral və may aylarında Rusiyanın Ukraynanı işğal etməsindən sonra Zelenskinin Parisə üçüncü səfəri olacaq.
Bir qədər əvvəl məlumat verilib ki, Zelenski fevralın 16-da Almaniya və Fransaya səfər edəcək. O, kansler Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
Bir gün əvvəl Ukrayna Prezident Adminstrasiyası rəhbərinin müavini İqor Jovkvanın rəhbərlik etdiyi danışıqlar qrupu ikitərəfli təhlükəsizlik sazişinin bağlanması üçün Fransa ilə danışıqların növbəti mərhələsini keçirib.
Gununsesi.info