
Əvvəllər Türkiyədən ən çox mənzil alan ərəbləri başqa ölkə vətəndaşları əvəz edib.
Gununsesi.info xəbər verir ki, xaricilərə mənzil satışında 931 mənzil satışı ilə Antalya birinci yeri tutub. Antalyanı 758 mənzil satışı ilə İstanbul və 294 satışla Mersin izləyib.
Oktyabr ayında Rusiya vətəndaşları Türkiyədən 713 ev alıblar. Rusiyadan sonra müvafiq olaraq 235 mənzillə İran, 152 mənzillə Almaniya və 138 mənzillə Ukrayna vətəndaşları gəlir.
Oktyabrda 73 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb.
Gununsesi.info