Zaxarova Quterreşi Buça kampaniyasını dəstəkləməkdə günahlandırdı

  • Müəllif: Orxan
  • 17 Sentyabr 2026 17:27

BMT-nin Baş katibi Antonio Quterreş Buça ilə bağlı Rusiya əleyhinə kampaniyaya qəsdən müdaxilə edib.

Gununsesi.info xəbər verir ki , bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib .

Diplomat bildirib ki, “Quterres, rəsmi olaraq bunu deyə bilərəm, qəsdən Rusiya əleyhinə kampaniya ilə oynayıb”.

Zaxarovanın sözlərinə görə, BMT-nin baş katibi təşkilatın baş icraçı direktoru üçün fundamental olan neytrallıq prinsipini pozub və “bu təxribatın tamamilə bir hissəsinə çevrilib”.

Maqsud

Gununsesi.info