Zakir Həsənov düşmən qüvvələrinin darmadağın edilməsinin davam etdirilməsini tapşırdı

  • By admin
  • 06 Oktyabr 2020 15:19

Oktyabrın 6-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.

Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.

 

 

Gununsesi.info