Çavuşoğlu: “Sən çox yaşa Azərbaycan, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

  • By admin
  • 06 Oktyabr 2020 14:49

“Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləyə bilməsi üçün mübarizəmizi davam etdirəcəyik”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə söyləyib.

“Yazıçı Sezai Karakoç belə deyərdi:

“Onlar sanırlar ki, biz sussaq məsələ qalmayacaq.

Halbuki biz sussaq, tarix susmayacaq.

Tarix sussa, həqiqət susmayacaq”, – nazir qeyd edib.

Mövlud Çavuşoğlu həmçinin Azərbaycan himnindən də bir parça səsləndirib:

“Üçrəngli bayrağınla məsud yaşa, sən çox yaşa Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

 

 

Gununsesi.info