
Dekabrın 25-də “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosu və DİA Hüquq Klubunun birgə təşkilatçılığı ilə “Hüquqi Debat” müsabiqəsi keçirilib.
Gununsesi.info xəbər verir ki, müsabiqədə hər biri 2 nəfərdən ibarət olmaqla 4 komanda iştirak edib.
İştirak edən komandalar yarımfinal mərhələsində “Evtanaziyanın yaşamaq hüququna təsiri”, final mərhələsində isə “Heyvanlar üzərində eksperiment keçirilməsinin hüquqa uyğunluğu” mövzularını müzakirə ediblər.
Yarımfinal mərhələsinin I turunda “Neo” və “Lawinners” komandaları, II turunda isə “G-2” və “Lady Lawyers” komandaları qarşı-qarşıya gəliblər. Müvafiq olaraq, “Neo” və “G-2” komandaları qalib gələrək final mərhələsində yarışıblar.
Rəqabətli keçən final mərhələsində 48 xalla “G-2” komandası qalib olub.
Beləliklə, I yerin sahibləri İnqilab Hüseynzadə və Səyyad Ələkbərov, II yerin sahibləri isə Əli Mirzəyev və Elmar Bəyərov olub.
Qalib gələn komandaya pul mükafatı, sertifikat və digər hədiyyələr təqdim olunub.
Qalibləri təbrik edən “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun müdiri Yusif Allahverdiyev bildirib ki, bu kimi müsabiqələr iştirakçılara fikirlərini aydın ifadə etmək, auditoriya qarşısında çıxış etmək kimi qabiliyyətlərin formalaşmasında mühüm rol oynayır. O, iştirak edən bütün komandalara təşəkkür edib və gələcək fəaliuyətlərində uğurlar arzulayıb.
Sonda xatirə fotosu çəkdirilib.
Gununsesi.info