
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.
Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıblar. Onlardan bir neçəsi bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info