Yeni Zelandiyada güclü zəlzələ oldu

Sakit okeanda, Yeni Zelandiyaya məxsus Oklend adaları bölgəsində altı maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Yeni Zelandiyanın Cənub adasındakı Danidin şəhərindən 637 kilometr cənub-qərb istiqamətində baş verib. Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.

Gununsesi.info