
Daha çox uşaqların sevdiyi bir bayramın astanasındayıq – Yeni il. Bu bayramda hər kəs öz övladını bir cür sevindirir. İnsanların çoxu mağazalarda satılan hazır şirniyyat qutularını almağa üstünlük verirlər. Belə qutuların qiyməti 5 manatdan 50 manata qədər olur.
Bəs bu hədiyyə qutularını alarkən nələrə diqqət yetirmək lazımdır?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı İradə Hüseynli Baku TV-yə bu barədə açıqlama verib. O, qeyd edib ki, tez xarab olan məhsul sayılan kremli qənnadı məmulatları belə qutulara yerləşdirilməməlidir.
Daha ətraflı süjetdə: