Yeni Günəşlidə evdən 2 min dollar oğurlanıb

  • By ilhame
  • 24 Mart 2024 11:23

Martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2 000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info- ya bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Hüseyn Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Gununsesi.info