
Hindistanda doğulan körpə onu dünyaya gətirən həkimləri də heyrətləndirib.
Gununsesi.info xəbər verir ki, körpənin ayaqsız doğulduğu, aşağı ətrafların yerində isə “buynuz” olduğu bildirilib.
Hadisə Hindistanın Şivpuri bölgəsində qeydə alınıb.
Həkimlər yeni doğulan körpənin beldən aşağı hissəsinə baxdıqda gözlərinə inanmayıblar. Onlar körpə üzərində qısa araşdırma apardıqdan sonra valideynlərinə xəbər veriblər.
Ayaqsız doğulan “buynuzlu” körpənin durumunun hazırda ağır olduğu vurğulanır.
Mütəxəssislər bu cür doğuş hallarının on mində bir odluğunu bildiriblər.