
“Bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qurultayın keçirilməsi ilə bağlı məlumatlar dərc olunub. Həmin məlumatlar tamamilə əsasız və həqiqətdən uzaqdır”.
Bu barədə Gununsesi.info-nun elektron poçtuna AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən göndərilən məlumatda deyilir.
Qeyd edək ki, saytımızda adıçəkilən qurumdakı mənbəyə istinadən “Səttar Mehbalıyev yola salınır” başlıqlı xəbər dərc edilib.
Açıqlamada bildirilir ki, AHİK-də seçkilərin keçirilməsi nizamnaməyə uyğun olaraq, 2025-ci ilin fevral ayında nəzərdə tutulub.
BUNA DA BAX:
Gununsesi.info