Yaşamla ölüm arasında – FOTO REPORTAJ

  • By arzu
  • 20 Fevral 2023 18:43

Türkiyədə yaşanan ölümcül zəlzələdən sonra bir çox şirkətlər və iş adamları zərərçəkənlərə dəstək verməyə davam edir. Onlardan biri də həmyerlimiz Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” şirkətlər qrupu olub.

 

HTML tutorial

 

Gununsesi.info xəbər verir ki, şirkətin işçiləri və geniştərklibli heyətlə zəlzələ bölgəsinə səfər edən dağıntılarla tanış olublar. Yardımlar paylayan “Palmali” şirkətinin əməkdaşları bölgə insanları və uşaqlarla bir araya gələrək onlara qida yardımı və körpələrə oyuncaqlar paylayıblar.

 

 

“Gəzən mətbəx” qurularaq insanların qidalanmasına başlanıb. Şirkət dağıntı bölgəsində “Palmali Çadır Kent” quraraq insanların evsizlik şəraitində sığınacaqla təmin edilməsinə yardımçı olub.

 

Dağıntı bölgəsindəki çadırlara səfər edən “Palmali” şirkətinin əməkdaşları  Hatay şəhərinin Samandağ kəndində qəmgin və çarəsiz insanların ümidi olmağa çalışıblar. Dağılan və yıxılan binalarla tanış olublar. Bişirilən yeməklərə baş çəkiblər. Çadır paylayıblar.

 

 

Bununla bağlı açıqlama verən “Palmali” şirkətlər qrupunun Mətbuat Xidmətinin başçısı Fidan Quliyeva bunları bildirib: “Deməliyəm ki, Samandağıda “Palmali” çadırında səhər saat 4-dən insanlar artıq ayaq üstədirlər. Hamı bir nəfər kim erkən saatlardan başlayır. 4-5 min adama xidmət göstərmək çox çətindir. Sözsüz ki, zəlzələnin törətdiyi problemlər həyatı iflic edib. Ancaq heç kim ruhdan düşmür. Hər kəs özünü insanlara yardım göstərməyə həsr edib. “Palmali” çadırında insanlara paylanan yeməkləri bir nəfər yox, kollektiv hazırlayır. Burada bir qardaşlıq, həmrəylik, insanpərvərlik əməyi var. Bir sözlə, ya savaşa, ya da zəlzələ bölgəsinə getmək arasında heç bir fərq yoxdur”.

 

 

 

         
 
 

  

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info