Yasamal rayonunda evdən meyitləri tapılan ər-arvad dəm qazından boğulub

  • By ilhame
  • 13 Fevral 2024 21:59

Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüatlar məlum olub.

 

Gununsesi.info xəbər verir ki, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

 

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .

 

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

 

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info