
Yaponiyada elm adamları siçanlara kiçik miqdarda alfa radiasiya yayan bir maddə yeridiblər.
Gununsesi.info xəbər verir ki, həmin maddə xərçəng hüceyrələrini öldürüb, lakin sağlam toxumaları qoruyub. Təcrübədə istifadə edilən heyvanların sağ qalma nisbəti 100% olub.
Həkimlər ümid edir ki, bu üsul şişin harada yerləşdiyi dəqiq bilinməsə belə, çox erkən mərhələdə xərçəngin müalicəsində istifadə edilə bilər.
Bu texnikanın bir variantı artıq hüceyrə səviyyəsində diaqnostika üsulu kimi sınaqdan keçirilir.
Gununsesi.info