“Yanğınsöndürənlər hadisə yerinə 6 dəqiqə sonra çatıb”

“Saat 11:54-də FHN-in “qaynar xətt”inə Binəqədi rayonunda mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub. 6 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatıblar”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev deyib.

Qurum rəsmisi bildirib ki, 13 min kvadratmetr ərazinin 2750 kvadratmetrlik hissəsində yanğın olub: “Yanğın qısa müddətdə tam söndürülüb”.

 

 

Gununsesi.info