“Bu yol bizi Qərbi Azərbaycana aparır” - VİDEO

“Biz Azərbaycan xalqı olaraq özümüzü xöşbəxt sayırıq. Biz öz torpaqlarımızı düşmən işğalından azad etdik”- bu fikirləri CBC fm radiosunun efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan öz yolu ilə davam edir.

“Bu yol bizi daha böyük ugurlara aparır. Bu yolun başlanğıcı Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu yol möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən ugurla davam etdirilir. Mən inanıram bu yol bizi Qərbi Azərbaycana aparırır. “-deyə Cavanşir Feyziyev bildirib.