Xorvatiyada İkinci Dünya Müharibəsinə aid aviabomba tapılıb

Xorvatiyanın Osiyek şəhərindəki Drava çayında İkinci Dünya Müharibəsi dövrünə aid aviabomba tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xorvatiya polisi məlumat yayıb.

Drava çayı ətrafında gəzən bir şəxsin suda obyekt gördükdən sonra polisə xəbər verdiyi bildirilib. Bombanın çəkisinin 150 kiloqram olduğu deyilir.

Gununsesi.info