
Vəkil Elçin Sadıqovun “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsinə məcburi gətirilməsinə qərar verilmişdi.
Gununsesi.info bildirir ki, o, dekabrın 8-də məhkəməyə gəlsə də şahid qismində ifadə verməkdən boyun qaçırıb.
E.Sadıqov bildirib ki, onun haqqında cinayət işinə xitam verilməyib, hələ də təqsirləndirilən şəxs statusundadır.
Bu üzdən, şahid kimi dindirilməsi düzgün deyil.
Gununsesi.info