
“Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriç “X” sosial şəbəkə hesabında yazıb.
“Regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır. Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır. Avropa Şurası bunları dəstəkləməyə hazırdır”, – deyə Mariya Pejçinoviç-Buriç qeyd edib.
Gununsesi.info