Xətaidə doqquzmərtəbəli binada YANĞIN

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info