Xəlifə Haftar tərəfindən vuruşan rus muzdluları Liviyadan belə çıxdı- VİDEO

Xəlifə Haftar tərəfindən vuruşan rus muzdluları Liviyadan belə çıxdı

Liviyada paytaxt Tripolidə qiyamçı Xəlifə Haftar tərəfindən vuruşan Rusiyanın “Vaqner” qrupuna aid muzdlu əsgərlərin Bəni Vəlid istiqamətinə geri çəkilməsi ilə bağlı görüntülər yayımlanıb.
Gununsesi.org xəbər verir ki, videogörüntünü hökumət qüvvələrinə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının mətbuat mərkəzi paylaşıb.
Qeyd edək ki, bir neçə gün öncə “Vaqner” qrupunun 1600 döyüşçüsü Liviyanın qərbindəki döyüş zonalarını tərk ediblər. Rus muzdluları Bəni Vəlid hava limanından iki hərbi nəqliyyat təyyarəsi ilə bölgədən çıxıb.

 

 

Gununsesi.org

COMMENTS