
Fransanın paytaxtı Parisdə kütləvi aksiyalar davam edir.
Gununsesi.info-nun bu ölkənin mediasına istinadən verdiyi xəbərə görə, mədəniyyət sektoru işçiləri hökumətin pensiya islahatına cavab olaraq Luvr Muzeyinin girişini bağlamaqla aksiyaya başlayıb.
Ümumi İş Birliyinin (CGT) tərkibindəki mədəniyyət işçiləri əllərində birliyin bayraqları ilə muzeyin həyətindəki şüşə və metal piramidanın qarşısına toplaşıb.
Muzeyin qapıları önündən keçərək girişləri kəsən izdiham əllərində “60 yaşında pensiya. Daha uzun yaşamaq üçün az çalış” və “Geri addım atmayacağıq” yazılı plakatlar qaldırılıb.
Fransada hökumətin pensiya yaşını 2 il artıran qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra martın 16-da başlayan nümayişlər davam edir.
Tərcümə:
Şəbnəm
Gununsesi.info