Yasin Məmmədovun da əmlakı müsadirə olunub

Bu barədə hökm Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Gununsesi.info-nun xəbərinə görə, hökmə əsasən, Yasın Məmmədovun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102 min 200 manat dəyərində Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı evi, 104 min 400 manat dəyərində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2a saylı evin 65,3 kv.metr sahəsi olan mənzili müsadirə edilib.

Yasin Məmmədova məxsus ümumilikdə 278 min 600 manat məbləğində əmlak müsadirə edilib.

Gununsesi.info