Vaxtından tez doğulmuş körpə evdə öldü

  • By Ayshan
  • 04 Noyabr 2025 12:18

Siyəzən rayonunda yeni doğulmuş körpə ölüb.

Gununsesi.info  xəbər verir ki, noyabrın 3-ü saat 06 radələrində 2025-ci il təvəllüdlü Tunar Ehtiram oğlu Yusifov yaşadığı Siyəzən şəhəri Xətai küçəsindəki evdə ölüb.

Bildirilib ki, körpə bir müddət əvvəl vaxtından tez doğulub və bu səbəbdən səhhətində ciddi problemlər yaranıbmış.

Araşdırma aparılır.