Vatikan 54 il sonra ilk maliyyə hesabatını dərc edib

  • By admin
  • 25 İyul 2021 18:08

Vatikan 1967-ci ildən bəri ilk dəfə maliyyə hesabatını dərc edib.

Sənəd Müqəddəs Taxt-Tacın rəsmi saytında yerləşdirilib.

Hesabat 2020-ci ili əhatə edib. Sənədə əsasən, 2019-cu illə müqayisədə xərclər iki dəfə azalaraq 20 milyon avro təşkil edib.

Bildirilib ki, hazırda Vatikanın ixtiyarında 4051 daşınmaz əmlak var və onların 92%-i Romada yerləşir.

Həmçinin, qeyd olunub ki, il ərzində Vatikan İtaliya büdcəsinə 8,83 milyon avro vergi ödəyib.

Gununsesi.info