Türkiyə ordusu qisas aldı — 7 TERRORÇU MƏHV EDİLDİ

  • By admin
  • 25 İyul 2021 15:58

Suriyanın şimalında ən azı yeddi terrorçu öldürülüb.
Gununsesi.info  xəbər verir ki, bu barədə bazar günü Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Türkiyə ordusu “Fərat Qalxanı” əməliyyatı zonasında iki əsgərinin ölümünə görə cavab tədbiri görüb.

“Türkiyə Silahlı Qüvvələrinin təsirli zərbələri sayəsində ilkin məlumatlara görə, yeddi terrorçu məhv edilib. Silahlılar cinayət əməllərinə görə layiqincə cəzalandırılırlar”,-deyə nazirliyin məlumatında qeyd edilir.

Suriyadakı terror hədəflərinə qarşı əməliyyatlar və zərbələr davam edir.

Gununsesi.info