
Azərbaycanda son sutkada koronavirus əleyhinə 35 832 vaksin vurulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 889, ikinci mərhələ üzrə 5 346, Buster doza mərhələ üzrə 26 597 nəfərdir.
Vaksinasiyadan keçənlərin ümumi sayı 10 675 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 095 524, ikinci mərhələ üzrə isə 4 588 915, buster doza isə 991 210 nəfər təşkil edir.
Gununsesi.info