Putin Baydenlə videformatda görüşəcək - TARİX AÇIQLANDI

Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Co Bayden arasında görüş çərşənbə axşamı axşam saatlarında planlaşdırılıb.

Gununsesi.info “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, söhbət üçün lazım olan vaxtı liderlər özləri müəyyən edəcəklər.

Peskov qeyd edib ki, danışıqlar videobağlantı vasitəsilə aparılacaq.

Gununsesi.info