Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, 1989-cu il il təvəllüdlü Yelmarov Nicat İman oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.

N.Yelmarov Dövlət Sərhəd Xidmətinin giziri kimi Vətən müharibəsində iştirak edib və 3 medalla təltif olunub.

Mərhum bir müddət əvvəl xəstəliyi ilə əlaqədar ordu sıralarından tərxis edilib.

Ailəli idi, iki övladı var.

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

 

Gununsesi.info