Vəkillər Kollegiyasının sədri 2023-cü ilə üzrə qısa hesabat yaydı

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov 2023-cü ildə dövlət hesabına hüquqi yardım üzrə qısa hesabat yayıb.

Anar Bağırov Gununsesi.info-ya açıqlamasında qeyd edib ki, 2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39.830 qərarın icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (Azerbaijani Bar Association) tərəfindən təmin edilib.

Onun sözlərinə görə, icrası təmin olunmuş qərarlar üzrə ümumilikdə 4.999.982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin edilib.

Gununsesi.info