Vəkil olaraq peşə sirrimə qəsd edilib - PROKURORLUQ ELÇİN SADIQOVUN TELEFONLARINI QAYTARMIR

  • By admin
  • 30 Sentyabr 2022 12:17
“”Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanununun 7-ci maddəsinin 3-cü və 4-cü hissələri vəkilin peşə sirrinə tam təminat verdiyi halda iPhone 7 plus və iPhone 12 Pro Max telefonlarım və komputerimin SSD yaddaş kartı hələ də prokurorluqdadır”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Elçin Sadıqov deyib.
O, bildirib ki, həbsdən ev dustaqlığına buraxılsa da amma hüquqlarının pozulması davam edir:
“Vəkil olaraq peşə sirrimə qəsd edilib axtarış və götürməyə məruz qalmışam, vəkillik fəaliyyətim təhlükə altındadır. Ən əsası isə indiyədək hüquq xidməti göstərdiyim 2000 nəfərdən çox insanların mənə etibar etdikləri şəxsi məlumatları təhlükə altındadır”.
Mətləb
Gununsesi.info