
Ümumdünya Səhiyyə Təşkilatından dünyanı ümidləndirən açıqlama gəlib.
Gununsesi.info xəbər verir ki, ÜST-nin Baş katibi Tedros Adhanom Qebreyesus ötən ildən bəri dünya miqyasında koronavirusa yoluxmaların yarıbayarı azaldığını açıqlayıb.
Baş katib bildirib ki, COVID-19 ilə mübarizə üçün ilk Strateji Hazırlıq və Müdaxilə Planı (SPRP) çərçivəsində 1 milyard 700 milyon dollar toplanıb. Bu məbləğin 90%-dən çoxu ehtiyacı olan ölkələrə paylanıb və pandemiyanın ön cəbhəsində yer alan sahələr maliyyə ilə təmin edilib.
Tətbiq edilməyə başlanan 2021-ci ilin Strateji Hazırlıq və Müdaxilə Planı barədə də danışan Qebreyesus planın 6 əsas hədəfə fokuslandığına diqqət çəkib: “Bunlar yoluxmanı azaltmaq, təması azaltmaq, yanlış maarifləndirmə və dezinformasiyanın qarşısını almaq, müdafiəsizləri qorumaq, ölüm və xəstəliyi azaltmaq, vaksin, diaqnoz və yeni vasitələrə əlçatanlığı sürətləndirməkdir”.
Gununsesi.info