Günlük yoluxma 363 mini ötdü – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 363 mindən çox artıb.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 363 654 nəfər yeni koronavirusa yoluxub, 9 619 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 109 594 835, ölənlərin isə 2 424 060 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Gununsesi.info