UNICEF: Qəzzada 2 yaşından kiçik hər altı uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir

Qəzza zolağının şimalında 2 yaşından kiçik hər altı uşaqdan biri ağır qida çatışmazlığı ilə üzləşir.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatında deyilir.

Qeyd olunur ki, bu, eksklavın şimalındakı uşaqların 15,6 faizinə uyğundur.

Məlumata görə, onların 3 faizi yorğunluq səbəbindən təcili tibbi yardıma ehtiyac duyur.

Qəzzanın cənubundakı Rəfah şəhərində analoji araşdırma zamanı məlum olub ki, orada 2 yaşa qədər uşaqların 5 faizi ağır qida çatışmazlığından əziyyət çəkir.

Hesabatda regiona humanitar çıxışın təmin edilməsi, eləcə də Rəfaha növbəti hücumların qarşısının alınmasının vacibliyi vurğulanır.

Gununsesi.info