Ukraynanın daha üç bölgəsində hava hücumu xəbərdarlığı elan edildi

Ukraynanın Poltava, Zaporojye və Çerniqov vilayətlərində hava həyəcanı elan edilib.

Gununsesi.info xəbər verir ki, Çerniqov vilayətinin rəhbəri Vyaçeslav Çaums yerli vaxtla saat 11.06-da (Bakı vaxtı ilə 12:06), Poltava vilayətinin qubernatoru Dmitri Lunin saat 11.05-də (Bakı vaxtı ilə 12:05) hava hücumu xəbərdarlığı barədə sakinlərə xəbərdarlıq edib.

Ötən gün Ukrayna mətbuatı Kiyev, Çerkassı və Poltava vilayətlərində də hava hücumu sirenlərinin səsləndiyini yazıb.

Gununsesi.info