
2021-2022-ci illərdə Azərbaycanda “Google”da ən çox “porno” saytlar axtarılıb. Bu təsadüfi deyil. Bu istək çox zaman xəyalında canlandırdığı fantaziyalarla və tərəf müqabili ilə bağlı olur və fantaziyalarını və in tim istəklərini əksər kişilər mental dəyərləri rəhbər tutaraq öz həyat yoldaşları ilə reallaşdırmır.
Düşünür ki, “ayıbdır, bunu desəm xanımım mənə necə baxar?”
Bütün günü porno saytlara baxan və oradan aldıqları adrenalini reallıqda yaşamaq üçün kişilərin çoxu kənarda “ova” çıxır.
Qəribədir ki, kişilərimiz istəklərini həyat yoldaşına dilə gətirməyi ayıb bilir, amma həyat yoldaşına xəyanət etməyi ayıb bilmirlər.
Sevgi və ehtiras başqa- başqa şeylərdir. İllərlə bir insanı sevə bilərsən. Amma hər zaman ona eyni ehtirasla baxa bilməzsən.
Sevgi ülviləşəndə ehtiras sönür.
Psixoloq Gülnar Orucova