
“Sürmalu” ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar Ermənistanda iki günlük (avqustun 17-18-də) matəm elan edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.
“2022-ci il avqustun 14-də “İrəvan Konserv Zavodu” QSC-nin ərazisində baş vermiş yanğın və partlayış nəticəsində həlak olan vətəndaşların xatirəsinə 2022-ci il avqustun 17 və 18-də Ermənistan ərazisində matəm elan edilsin”, – baş nazir Nikol Paşinyan tərəfindən imzalanan qərarda deyilir.
Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Sürmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər xəsarət alıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.
Gununsesi.info