Ukraynada SES-in vurulma anı - VİDEO

Gecə saatlarında Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndi partladılıb.

Gununsesi.info xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin “Cənub” operativ komandanlığı təsdiqləyib.

HTML tutorial

Xerson şəhər administrasiyasının rəhbəri Aleksandr Prokudin su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsini elan edib. Məlumata görə, Xerson vilayətinin sağ sahilində kritik zonada 16 min nəfər var, artıq bəzi əraziləri su basıb.

Hazırda yaşayış məntəqələrinin əhalisinin təxliyəsi hazırlanır. Yerli sakinlər Nikolayev şəhərinə köçürüləcək.

Hadisə anının görüntülərini təqdim edirik:

Gununsesi.info