
Ukrayna və Rusiya ayrı-ayrı nümayəndələr vasitəsilə humanitar məsələlər üzrə danışıqlar aparır.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, danışıqlara bəzi ölkələrdən vasitəçilər cəlb olunur.
Vurğulanıb ki, həmin vasitəçilər Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Vatikan və Beynəlxalq Qızıl Xaç Komitəsidir.
Gununsesi.info