Ukrayna Silahlı Qüvvələri Melitopolda məişət texnikası mağazasına zərbə endirib

  • Müəllif: Orxan
  • 25 Avqust 2026 11:41

Ukrayna Silahlı Qüvvələri Melitopolda məişət texnikası mağazasına dronlardan hücum edərək iki mülki şəxsi yaralayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski özünün Telegram kanalında məlumat verib.

Qubernator qeyd edib ki, 2009-cu il təvəllüdlü yeniyetmə və 1995-ci il təvəllüdlü kişi xəsarət alıb. Onlar tibb müəssisəsinə aparılıb və bütün lazımi tibbi yardım göstərilir.

O əlavə edib ki, bütün xidmətlər yüksək hazırlıq vəziyyətindədir və əməliyyat vəziyyətinin monitorinqi davam edir.

Maqsud

Gununsesi.info