Sərhəd Xidmətinin kursantları arasında ölümlə nəticələnən dava -ÖZƏL

  • By admin
  • 13 Aprel 2022 15:54
sərhəd xidməti

Dövlət Sərhəd Xidmətinin akademiyasında təhsil alan kursanlar arasında ölümlə nəticələnən kütləvi dava baş verib.

Bu barədə Gununsesi.info-ya daxil olan xəbərdə bildirilir ki, qarşılıqlı davada akademiyanın 4-cü kurs tələbəsi Murad Nağıyev öldürülüb.
Əməkdaşımızın əlaqə saxladığı akademiyanın rəisi Aqil Babayev olay haqqında məlumat verməkdən imtina edib.
“Bu barədə mətbuat xidmətinə müraciət edin” deyən akademiya  rəisi telefonun dəstəyini asıb.

Kursantın ölümü ilə bağlı detallı məlumatı yaxın saatlarda təqdim edəcəyik.

 

Gununsesi.info