
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiyanın işğalı altında olan ərazisindəki daha bir körpüyə zərbə endiriblər.
Gununsesi.info “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı bildirib.
Məlumata görə, Ukrayna hərbçiləri Antonov körpüsünün yaxınlığındakı dəmiryol körpüsünə də zərbə endiriblər:
“İşğal olunan ərazilərdə əsas nəqliyyat marşrutlarına atəş nəzarətinin nəticələri göstərir ki, artıq Dnepr çayı üzərindən dəmiryol körpüsü ilə hərəkət etmək mümkün deyil”.
Qeyd edək ki, iyulun 27-də Ukrayna hərbi qüvvələri Xersonda Antonov körpüsünə növbəti zərbədən endirdikdən sonra bu yol bağlanıb.
Gununsesi.info