
ABŞ Prezidenti Co Bayden digər dünya liderləri ilə videokonfransa başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Blumberg Nyus” məlumat yayıb.
Videokonfransa Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Polşa, Kanada liderləri, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Birliyinin Prezidenti Şarl Mişel qoşulub.
Əsas müzakirə mövzusu Ukraynaya dəstəkdir.
Gununsesi.info