
“Rusiyanın Belqorod vilayətinin Borisovka qəsəbəsi Ukrayna tərəfindən atəşə tutulub”.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı regionun rəhbəri Vyaçeslav Qladkov öz teleqram kanalında açıqlayıb.
“Ukrayna Silahlı Qüvvələri Borisovka qəsəbəsini atəşə tutub. İlkin məlumata görə, xəsarət alan yoxdur. Kvadrokopterdən inzibati binalardan birinin üzərinə partlayıcı qurğu atılsa da, yanğın baş verməyib”, – deyə Qladkov qeyd edib.
O, həmçinin bildirib ki, vilayətin dversantlar daxil olan Qrayvoron bölgəsinin sərhəd ərazilərində “təmizlənmə” əməliyyatları davam etdirilir: “Dinc sakinlərin təxliyəsi zamanı 1941-ci il təvəllüdlü qadın dünyasını dəyişib. Hadisənin səbəbləri araşdırılır. Düşmənin daxil olduğu yaşayış məntəqələrində 2 mülki şəxs yaralanıb”.
Xatırladaq ki, Qladkov mayın 22-si bir qrup ukraynalı diversantın Belqorod vilayətinin ərazisinə daxil olduğu barədə məlumat yayıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Sərhəd Xidməti, Rusiya Qvardiyası və Federal Təhlükəsizlik Xidməti ilə yanaşı diversiya qrupunun zərərsizləşdirilməsi üzrə lazımi tədbirlər görürlər. Regionda antiterror əməliyyatı rejimi elan edilib.
Gununsesi.info