
“Türkvizyon” mahnı müsabiqəsinin qalibi məlum olub.
Gununsesi.org xəbər verir ki, 2020-ci ildə pandemiya (COVID–19) səbəbindən onlayn keçirilən yarışmada 26 ölkə və bölgənin təmsilçisi iştirak edib.
Dekabrın 20-də keçirilən müsabiqənin qalibi qaqauz əsilli Ukrayna muğənnisi Nataliya Papazoğlu olub, 2-ci yeri Rusiya Federasiyasının Saxa Yakutiya Respublikasının, 3-cü yeri isə Bosniya və Hersoqovinanın nümayəndələri tutub. Azərbaycan 193 balla yarışmada beşinci olub.
“Türkvizyon 2020”nin qalibini 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edib. Müsabiqəni 20-dək telekanal canlı yayımlayıb. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarıda izləmək mümkün olub.

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.