Türkmənistan prezidenti Azərbaycan mahnısı ifa etdi, məmurları oynadı- VİDEO

Türkmənistan prezidenti Azərbaycan mahnısı ifa etdi, məmurları oynadı

Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib. Aşqabadın mərkəzi salonlarından birində təşkil edilən təntənəli tədbirdə prezident Qurbanqulu Berdıməhəmmədov bir saat ərzində bayram konsertində sintezatorda müşayiət edib və oxuyub.
Gununsesi.org Unikal.org-a istinadən xəbər verir ki, Qurbanqulu Berdıməhəmmədov sintezatorda Azərbaycan musiqisi də səsləndirib. Belə ki, ölkə başçısı Azərbaycan “Yaylıq” xalq mahnısı sintezatorda ifa edib və məmurlar o ki var oynayıblar.

COMMENTS