Türkiyədə qəsəbə TƏHLÜKƏ ALTINDA: Yanğın daha geniş əraziyə yayılır - VİDEO

Aydının Akçaova qəsəbəsi yaxınlığındakı dağlarda başlayan meşə yanğınları daha geniş əraziyə yayılır.

Gununsesi.info xəbər verir ki, hazırda Azərbaycandan gedən FHN qüvvələrinin 4-cü qrupunun da daxil olduğu yanğınsöndürmə briqadaları yanğını lokallaşdırmağa başlayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

xxx

14:00

Aydının Akçaova qəsəbəsində FHN-in ötən gün Türkiyəyə göndərilən 4-cü qrupu üzvləri türkiyəli həmkarları ilə birgə yeni yanğın ocağının söndürülməsi əməliyyatına başlayıblar.

Gununsesi.info xəbər verir ki, qəsəbəyə yaxın dağlıq ərazidə başlayan və qısa müddətdə şiddətlənən yanğın əhali üçün ciddi təhlükə yaratdığından, yanğının söndürülməsinə böyük qüvvə səfərbər olub.

Gununsesi.info