
Muğla vilayətinin Bodrum rayonunda yaşayış massivindəki ağaclıq ərazidə yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Son Dakika” məlumat yayıb.
Bildirilib ki, yanğından mühafizə qüvvələrinin səyi nəticəsində alovu ram etmək mümkün olub. Buna baxmayaraq Yalıkavak məhəlləsindəki 5 hektar ərazi tamamilə yanıb külə dönüb. Ərazidə olan iki kottecə ciddi ziyan dəyib.
Küləyin təsiri ilə daha böyük əraziyə yayılan yanğını söndürülməsi üçün əraziyə 2 su çəni, 2 su tankeri, 6 yanğınsöndürən maşın və 30 personal cəlb edilib.
Yanğının səbəbi ilə bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info