Türkiyədə daha bir ağır qəza, 19 yaralı - Fotolar

  • By ilhame
  • 13 Avqust 2021 21:51

Türkiyənin Kayseri vilayətinin Sarız rayonunda mikroavtobus dərəyə yuvarlanıb.

Gununsesi. info Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda polis, təcili yardım heyəti və xilasedicilər cəlb olunub.

Bildirilib ki, mikroavtobusdakı sərnişinlər “Quran” kursu tələbələri olub və İstanbula gəzməyə gedirmişlər.

Yaralılar Pınarbaşı Dövlət Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olanlar helikopter ambulansla vilayət mərkəzindəki xəstəxanalara göndərilib.

Gununsesi. info